Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda evli kişi gizli görüşdüyü qadının başına oyun açdı

Tarix: 13-05-2023 18:16     Baxış: 4209 A- / A+



Bakıda qadına qarşı dələduzluq etmiş şəxsə cinayət işi açılıb.
Manevr.az bildirir ki, news24.az-ın əldə ediyi məlumata görə, paytaxtda taksi sürücüsü kimi fəaliyyət göstərən Astara rayon sakini, evli və 2 uşaq atası olan 1973-cü il təvəllüdlü Vüqar Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, Vüqar internet vasitəsilə Tovuz rayonunda yaşayan Gülbəniz Xəlilova (şərti adlı) ilə tanış olub. Subay olduğunu deyən evli kişi həmin qadınla gizli sevgi münasibəti yaşayıb və Gülbəniz vaxtaşırı Bakıya gələrək Vüqarın kirayə götürdüyü mənzildə qalıb və onların münasibətləri 6 aydan çox davam edib. Bu müddətdə Vüqar Gülbənizə yaxın qohumlarının İsraildə yaşadığını və həkim kimi çalışdıqlarını deyib. Vüqar Nəbiyev şəkərli diabet xəstəliyindən və artıq çəkidən əziyyət çəkən qadını aldadaraq onu İsrailə göndərəcəyini və sərfəli şərtlərlə bariotik (mədə kiçiltmə) əməliyyatı etdirəcəyinə söz verib. Bu məqsədlə o, Gülbənizdən 6500 manatdan çox pul alıb. Pulu Gülbəniz Tovuzda olarkən Vüqarın təqdim etdiyi bank kartına göndərib.
Lakin daha sonra Vüqarla sevgilisi ilə münasibəti korlanb. Belə ki, qadın Vüqarın evli olmasını öyrənib, həmçinin onun yalan vəd verərək pullarını ələ keçirdiyini görərək polisə müraciət edib.
Gülbəniz pulları Tovuz rayonu ərazisindən göndərdiyi üçün cinayət işi Tovuz Rayon Pols Şöbəsində açılıb və işin materialları Tovuz Rayon Məhkəməsinə göndərilib. Məhkəmə Vüqar Nəbiyevi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək onu 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdrılması cəzasına məhkum edib. Taksi sürücüsü işləyən şəxsin gecə saat 23-dən səhər 7-dək evdən çıxmaması, ictimai tədbirlərin keçirildiyi yerlərə getməməsi, yaşadığı ərazini tərk etməməsi üzərinə vəzifə olaraq qoyulub və üzərinə elektron nəzarət cihazı yerləşdirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar