Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən Fəridin anası danışdı: "Qardaşım İrana getmişdi, deyiblər ki..."

Tarix: 13-05-2023 12:12     Baxış: 3264 A- / A+

İtkin düşən Fəridin anası danışdı: "Qardaşım İrana getmişdi, deyiblər ki..."


"İrana Fəridlə əlaqədar üç dəfə nota göndərilib. Buna baxmayaraq, hələ də rəsmi bir xəbər vermirlər. Azərbaycan Xarici İşlər Nazirliyi bu işi nəzarətə götürüb, tez-tez mənimlə əlaqə saxlayırlar, amma onlarda da dəqiq bir məlumat yoxdur".
Manevr.az-ın xəbərinə görə, bu sözləri Cebhe.info-ya açıqlamasında iki aya yaxındır İrana səfər edən və barəsində heç bir məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
Almaniyanın Yena Universiteinin məzunu Fərid Səfərlinin anası Fəridin axtarışları ilə bağlı rəsmi məlumat ala bilmədiklərini bildirib:
"Qardaşım İrana getmişdi, deyiblər ki, Fərid Səfərli İranda həbs olunmayıb. Amma şifahi deyilənlərə inanmıram, gözləyirəm ki, onlar Xarici İşlər Nazirliyinə rəsmi şəkildə məlumat göndərəcəklər ki, həqiqətən də Fərid həbs olunmayıb. Yazılı şəkildə rəsmi cavab istəyirəm".
Dilarə Əsgərova Fəridin qrup yoldaşları, dostları ilə də son yazışmasının mart ayının 4-də olduğunu qeyd edib.
Xatırladaq ki, bu il Almaniyanın Yena Universitetində magistr təhsilini başa vuran Fərid Səfərli fevral ayının 20-si Almaniyadan İrana gedib. Bundan öncə Dilarə Əsgərova saytımıza açıqlamasında bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. 
Fərid Səfərli İrana tanış olduğu qızla görüş üçün gedib. Lakin martın 4-dən ondan heç bir məlumat almaq mümkün olmayıb. Anası Dilarə Əsgərova oğlunu Almaniyada, İranda axtarıb. İranın Almaniyadakı səfirliyinə müraciət edib. İranda oğlunun tanış olduğu qız haqqında heç bir məlumat ala bilməyən ana vəkil vasitəsilə İranın hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət ünvanlayıb.
Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə martın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar