Xəbər lenti
Neftçalada arvadını başqa kişi ilə tutan şəxsdən DƏHŞƏTLİ ƏMƏL: 100 manat lazım olduğu üçün...
Hadisə bu il yanvarın 3-də saat 23 radələrində Neftçala rayonunun qəsəbələrindən birində baş verib.
Daşqın birgə yaşadıqları evdə ailə-məişət münasibətləri zəminində mübahisə zamanı yumruqla arvadının üzünə, qayçı ilə isə sağ diz nahiyəsinə vurub.
İstintaq orqanı tərəfindən Daşqın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, qəsəbədə ailəsi ilə birlikdə yaşayır: "Ləmanla 2008-ci ildən evliyəm. Birgə nikahdan 2022-ci ildə oğlumuz dünyaya gəlib. Son zamanlar ailədə yola getmədiyimiz üçün aramızda dəfələrlə mübahisə və münaqişələri olub. Hətta boşanma həddinə çatmışıq".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əvvəl də, 21 noyabr 2022-ci ildə Ləmanla mübahisə zamanı onu döyüb: "Həmin vaxt Ləmanın şikayəti əsasında Neftçala rayon polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparıldı. Barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi məhkəməyədək sadələşdirilmiş icraat materialı toplanaraq baxılması üçün Neftçala rayon Məhkəməsinə göndərildi. Məhkəmədə Ləmanla barışdığımız üçün məhkəmə tərəfindən işə xitam verildi".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonuncu dəfə 31 dekabr 2022-ci ildə aralarında mübahisə olduğu üçün evdən çıxıb: "Həmin vaxtdan Neftçala şəhərində yaşayan bacımın evində qaldım. Ləman isə azyaşlı oğlumla birlikdə evdə tək qaldı.
Sonradan Ləmanın başqa bir şəxslə əlaqəsindən şübhələndiyim üçün onu izləməyə başladım. 3 yanvar 2023-cü ildə saat 22.30-da Ləmanla birgə yaşadığımız evə gəldim. Evdə Ləmanın Neftçala şəhər sakini kimi tanıdığım Elmin adlı şəxslə olduğunu gördüm. Mübahisə zamanı Elmin evdən çıxaraq oradan uzaqlaşdı. Yumruqla Ləmanın sifətinin sol nahiyəsinə, əlimdə olan qayçı ilə isə sağ diz nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Sonra isə qayçını cibimə qoyub evdən çıxdım. Əsəbi halda bacımın evinə getdim. Yolda gedərkən bacımın evinin yaxınlığında qayçını orada olan kanala tulladım".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə yaşadıqları evdə baş verib, Ləmana xəsarət yetirən zaman tək olub. O, əməlindən peşman olduğunu söyləyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Daşqınla son zamanlar ailədə münaqişələri olub: "Bundan əvvəl də Daşqının məni döyərək xəsarət yetirməsi ilə bağlı Neftçala rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdim. Aparılan araşdırma nəticəsində Daşqının barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açıldı. Məhkəmə iclasında Daşqınla barışdığım üçün məhkəmə tərəfindən sadələşdirilmiş icraat materialına xitam verildi".
Zərərçəkmiş qeyd edib ki, sonradan Daşqınla yenə ailə həyatına davam etməyə başlasalar da, aralarında mübahisələri olduğu üçün ondan ayrılacağını qərarlaşdırıb: "Dekabrın 31-də Daşqınla aramızda mübahisələrimiz olduğu üçün evdən çıxdı. Həmin vaxtdan Neftçala şəhərində bacısının evində yaşadı".
Ləmanın sözlərinə görə, Neftçala şəhər sakini Elmini uzun müddətdir tanıyır və sinif yoldaşı olublar: "Münasibətlərimiz çox yaxşı olub. Yanvarın 3-də mənə 100 manat lazım olduğu üçün ona zəng etdim, borc istədim. Saat 21.30-da Elmin yaşadığım evə gəldi. Küçə qapısından səsləndiyini eşitdim və bayıra çıxdım. Mənə 100 manat verdi. Dedi, nə vaxt imkanın olsa, qaytararsan. Mən də Elmini çay içmək üçün evə dəvət etdim. Evdə əyləşərək çay içdik.
Saat 22.30-da Daşqının evə daxil olduğunu gördüm. Mənimlə mübahisə etdi, Elmini evdən bayıra çıxardı, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Daşqın qəfildən yumruqla sifətimin sol nahiyəsinə bir dəfə vurdu, əlində olan qayçı ilə isə sağ diz nahiyəmə xəsarət yetirdi. Sonra qayçını da götürərək evdən bayıra çıxdı və harasa getdi.
Dizmin qanını saxlamaq üçün özümə ilkin tibbi yardım göstərdim. Səhəri gün dizimin şişdiyini və ağrılarının çoxaldığını gördüm, Neftçala rayon Mərkəzi Xəstəxanasına müayinə olunmaq üçün getdim. Həkimlər diz nahiyəmi müayinə etdilər, müalicə yazıb evə buraxdılar".
Bu cinayət işinə Neftçala rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Daşqın 1000 manat miqdarında cərimə olunub. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar