Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Özünü polis əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Tarix: 05-05-2023 17:59     Baxış: 3227 A- / A+
Özünü polis əməkdaşı kimi təqdim edib taksi sürücülərinə qarşı dələduzluq edən və maşın satışı saytlarında beh almaq adı ilə insanları aldadan daha bir nəfər saxlanılıb. O, taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib.

Sərnişindaşıma şirkətlərində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin etibarından sui-istifadə edərək onları dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən daha bir nəfər, Mingəçevir şəhər sakini Ramil Salmanov saxlanılıb. Əməliyyat Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.   

Manevr.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək əvvəlcə taksi şirkətlərinə sifarişlər verib.
Taksi həmin yerə çatdıqda isə o, sürücülərlə əlaqə saxlayıb onlara işdən çıxa bilmədiyini və marketdən ərzaq məhsulları almağı, həmçinin elektron pul kisəsinə internet balansının artırılması adı altında pul köçürülməsini xahiş edib. Ramil Salmanov guya işlədiyi yerə çatdıqları zaman taksi sürücülərinin pullarını qaytaracağına söz verib. Zərərçəkənlər Ramil Salmanovun qeyd etdiyi polis orqanlarına çatdıqda isə aldadıldıqlarını anlayıblar. Saxlanılan şəxs taksi sürücülərinin onun elektron pul kisəsinə ödədiyi maddi vəsaitləri isə nağdlaşdıraraq ələ keçirib.
Aparılan araşdırmalar zamanı Ramil Salmanovun əmlak alqı-satqısı saytlarında saxta maşın elanları yerləşdirərək vətəndaşlardan öncədən beh almaq adı ilə onları dələduzluq yolu ilə aldatdığı da müəyyən edilib. O, ifadəsində ümumilikdə qeyd edilən üsullarla 40-a yaxın şəxsi aldatdığını bildirib.
Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
❗️Ramil Salmanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar