Manevr.az xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.
"Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü Rəşad Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.
![](https://cdn.qaynarinfo.az/2023-05/2efde6e8e4c65438cdca7f30f80d4a23b1cfe509-5fca-4271-9741-51d6b388c7c8-jpg.jpg)
Tikinti şirkəti olan "Yapsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 milyon 137 min 850 manat 64 qəpik vergi borcu var. Şirkətin qanunu təmsilçisi, direktoru isə Rəşad Şirinovun qardaşı Şirinov Taleh Əzizalı oğludur. Taleh Şirinovun ölkədən çıxışna "stop" qoyulub.
![](https://cdn.qaynarinfo.az/2023-05/082094e7f98313f73e8f7d05fade2a26a14e3477-2adb-4f04-aff9-1713b9527122-jpg.jpg)
Rəşad Şirinovun rəhbər şəxs kimi çalışdığı şirkətin külli miqdarda vergi borcu var və onun bu məsələ ilə əlaqədar intihara cəhd etdiyi istisna deyil.Qafqazinfo