Xəbər lenti
Azərbaycanda 9-cu sinifdə oxuyan qız məktəb binasından necə yıxılıb? - VİDEO
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyə şöbəsində müalicə alan doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü yeniyetməyə baş çəkib səhhəti ilə maraqlandıq.
Manevr.az xəbər verir ki, “Xəzər Xəbər”ə danışan qız deyib ki, hadisə oxuduğu Kürdmaşı kənd orta məktəbində baş verib. Amma o, hadisənin necə baş verdiyini xatırmadığını deyir. Bildirib ki, hazırda səhhəti yaxşıdır.
Neyrocərrah Rəfael Bayramov 15 yaşlı yeniyetmənin İsmayıllıda tam müayinə olunduqdan sonra təcili tibbi yardım maşını vasitəsi ilə Bakıya göndərildiyini deyib.
Mütəxəssis bildirib ki, pasiyentin huşu aydındır və nevroloji problemləri yoxdur.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi ilə də əlaqə saxladıq. İdarənin məsul şəxsi Anar Osmanlı bildirib ki, həmin şagirdin dərsə davamiyyətində heç bir problem olmayıb, qiymətləri isə ortadır. Məktəb yoldaşları ilə də heç bir psixoloji sarsıntı yaşamayıb: “Hadisənin başvermə səbəbləri hüquq - mühafizə orqanları tərəfindən araşdırılır, nəticəsi barədə məlumat veriləcək”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar