Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

SON DƏQİQƏ! Bakıda liftin şaxtasına düşən iki azyaşlıdan XƏBƏR VAR - YENİLƏNİB

Tarix: 07-05-2017 18:48     Baxış: 4463 A- / A+
SON DƏQİQƏ! Bakıda liftin şaxtasına düşən iki azyaşlıdan

Bakıda liftin şaxtasına düşən iki azyaşlı xilas edilib.

Manevr.az FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda iki azyaşlının liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriblər.

***

Dünən Bakı şəhərinin Xətai rayonunda 2 azyaşlının liftin şaxtasına düşməsi hadisəsinin təfərrüatları məlum olub.

Lent.az xəbər verir ki, hadisə çoxmərtəbəli binanın 1-ci mərtəbəsində baş verib. 7-10 yaşlı iki oğlan yuxarımərtəbəyə qalxmaq üçün liftin düyməsini sıxıb və az sonra qapı açılıb. Uşaqlar dərhal irəli doğru addım atıblar və dərinliyi 2-3 metr olan şaxtaya yıxılıblar.

Uşaqların şaxtaya düşməsindən xəbər tutan sakinlər liftin yuxarı mərtəbədə qalmasına çalışıblar və xilasedicilərə müraciət ediblər. Sonradan məlum olub ki, lift üst mərtəbədə ilişib və hərəkətsiz vəziyyətdə qalıb. Xilasedicilər azyaşlıları çıxararaq təcili tibbi yardıma təhvil verib və onların ciddi xəsarət almadığı məlum olub.

Valideynlər isə bu hadisənin yuxarı mərtəbədə baş verməsi halında böyük faciənin yaşana biləcəyini deyiblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar