Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Başqa kişi ilə görüşən arvadını döydü - məhkəməlik oldu

Tarix: 26-08-2016 21:26     Baxış: 1564 A- / A+
Başqa kişi ilə görüşən arvadını döydü - məhkəməlik oldu


Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Seymur Əliyevin (həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ad və soyadı şərti verilib) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Seymur Əliyev Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşadığı evdə həyat yoldaşı Samirə Əliyevanı döyərək ona xəsarət yetirib.

Məlum olub ki, Samirə Əliyeva Seymur ilə evli olsa da, başqa bir oğlanla münasibət saxlayıb və onunla intim əlaqədə olub. Həyat yoldaşının başqa oğlanla intim əlaqədə olmasını bilən Seymur həyətlərində taxtadan düzəldilmiş oturacaqla onu döyməyə başlayıb. Samirəni onun əlindən qonşuları alıb.

Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlib. Seymurun narkotik vasitələrin istifadəçisi olması və üzərində narkotik olması da müəyyən edilib.

Seymur Əliyevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa xəsarət yetirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanıb.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Seymur Əliyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin onun məcburi narkomaniyadan müalicə olunması barədə də qərar qəbul edib.

Hökmdən narazı qalan Seymur Əliyev apelyasiya şikayəti verib. O, bildirib ki, ictimai təhlükəli cinayət törətməyib. Bu səbəbdən barəsində olan cəzasının həbs olunmayan cəza ilə əvəz edilməsini xahiş edib. O, qeyd edib ki, həbsdə saxlanıldığı müddətdə narkotik vasitədən istifadə etməyib. Bu səbəbdən narkomaniyadan məcburi müalicə olmasına da ehtiyac yoxdur.

Seymur Əliyevin şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası Seymur Əliyevin apelyasiya şikayətini qismən təmin edib və Xəzər rayon Məhkəməsinin hökmünü dəyişib.

Məhkəmə Seymur Əliyevin barəsində olan cəzası 1 il 2 aya endirib./teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar