Sizin Reklam Burada
Xəbər lenti
05-02-2025
04-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Ayılanda Oqtay yanımda yox idi" - Dilarə Əliyeva o dəhşətli qəzadan DANIŞDI

Tarix: 29-04-2023 22:28     Baxış: 4207 A- / A+



Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin vəfatından sonra ilk dəfə efirə çıxıb. 
Manevr.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa aparıcısı olduğu "Söhbət var" verilişində mərhum həyat yoldaşı ilə bağlı monoloq deyib.
"Deyəcək sözlərim var. Onları demək istəyirəm. Bu verilişdə monoloq deməyə başlayanda haradan bilərdim ki, əlimdən tutub səhnəyə gətirən, bu sənətin sirlərini öyrədən, sənət, sirr, dərd, yol, ömür-gün, həyat yoldaşım Oqtay Əliyev haqqında monoloq deyəcəyəm? Bu sənət pilləkənində ilk daşım sən idin. Heç vaxt qoymazdın ayağıma daş dəysin. İndi haranın daşını başıma töküm, bilmirəm. Hansısa bir işə başlayanda çox arxayın idim. Bilirdim ki, arxamda dağ kimi dayanmısan. İndi ürəyimdə özüm boyda dağ var. Ağrı dağını çox sevirdin. İndi kürəyimdə ağrın, qəlbimdə dağ var. İpə-sapa yatmaz adam idin, bir yerdə durmazdın, hamının yanında, yadında idin. İndi sən hamının yadındasan. Bu camiyədə çoxunun uğurlarında, həyatında bir Oqtay Əliyev var idi. Harada desən, orada var idin. Amma mən qəzada ayılanda yanımda yox idin.
Hər səhəri səninlə açardım. Məndən qabaq ayılardın. Amma mən qəzada ayılanda sən artıq yox idin. Bir iş dalıycan gedəndə məndən öncə gedərdin, hər şeyi rahatlaşdırardın. Bu dəfə də belə etdin, məndən qabağa düşdün. İnşallah, Oqtay, görüşəcəyik. Bunu qulağıma deyərsən, bu necə baş verdi?" deyə, Dilarə bilıdirib.
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə müalicədən sonra evə buraxılıb. 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar