Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

Tarix: 25-04-2023 21:32     Baxış: 4205 A- / A+
Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldıÖtən ilin iyulunda Bakıda yerləşən şadlıq evlərindən birində məşhur tamada, "Laçın" musiqi ansamblının rəhbəri Natiq Dağlaroğlunu bıçaqlayan Məmməd Hüseynovun cəzası ağırlaşdırılıb.

Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib.

Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

Qeyd edək ki, toydan sonra oğlunu şadlıq evindən götürməyə gedən Natiq Dağlaroğlu orada 1987-ci il təvəllüdlü Məmməd Hüseynov ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçi bıçaqlanıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar