Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident İlham Əliyevin bibisi vəfat etdi

Tarix: 06-05-2017 18:38     Baxış: 5413 A- / A+
Prezident İlham Əliyevin bibisi vəfat etdi

Tanınmış alim, kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva vəfat edib.

Manevr.az modern.az-a istinadən xəbər verir ki, Rəfiqə Əliyeva bu gün – mayın 6-da dünyasını dəyişib.

Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin bacısı, ölkənin hazırki prezidenti İlham Əliyevin bibisidir.

Mərhum Rəfiqə xanım məşhur modelyer Fəxriyyə Xələfovanın anasıdır. R.Əliyeva Azərbaycan baş nazirinin keçmiş müavini, sabiq deputat, mərhum Rafiq Xələfovun həyat yoldaşı olub.

Akademik Rəfiqə Əliyeva 1932-ci ildə Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva vəfat edənədək Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professor idi, 2001-ci ildən təşkil edilmiş “Ekoloji kimya və ətraf mühitin mühafizəsi”elmi-tətqiqat laboratoriyasını rəhbərlik edirdi. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvü idi.
Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib.

“Şöhrət” ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.
85 yaşlı professor Rəfiqə Əliyeva 2014-cü ilin iyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilmişdi.

Allah rəhmət eləsin.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar