Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

BİABIRÇILIQ! Türkiyədə azərbaycanlı qadını zorlayıb, sonra da şəkillərini çəkib... - FOTO

Tarix: 06-05-2017 12:58     Baxış: 4480 A- / A+
BİABIRÇILIQ! Türkiyədə azərbaycanlı qadını zorlayıb, sonra da şəkillərini çəkib...

Ankara məhkəməsi bu il yanvarın 4-də Azərbaycan və Türkiyə vətəndaşlığı daşıyan, iki uşaq anası 37 yaşlı azərbaycanlı müəllimi zorlayan avtobus sürücüsünə hökm çıxarıb.

Məhkəmə bu cinayəti törədən İbrahim Tuncaya 34 il 8 ay həbs cəzası kəsib. Məhkəmə prokurorun ona tələb etdiyi cəzaya heç bir endirim etməyib.

Xəbər verildiyi kimi bu zorlama hadisəsi Türkiyədə geniş rezonansa səbəb olmuşdu. Məsələ parlamentin müzakirəsinə çıxarılmışdı və qadın haqları fəalları aksiyalar keçirmişdilər. Həmin gün axşam saat 11 radələrində S. adlı azərbaycanlı qadın işdən evinə dönərkən mindiyi bələdiyyə avtobusunun sürücüsünün təcavüzünə məruz qalıb. Avtobus sürücüsü içəridə başqa sərnişinlərin olmadığı bir vaxtda qapıları bağlayıb və qadına hücum çəkərək onu zorlayıb, telefonla qadının çılpaq şəkillərini çəkib. Daha sonra təhdid edib ki, hadisə ilə bağlı şikayət etsə, onu tapıb öldürəcək.
Məhkəmə prosesi zamanı avtobus sürücüsü öz əməlinə bəraət qazandırmağa çalışaraq deyib: "Bir qadın axşam saat 11-də niyə küçəyə çıxır? Niyə təkbaşına avtobusa minir?"

Təvacüzə məruz qalan azərbaycanlı ingilis dili müəlliməsi məhkəməyə qatılmayıb, onun ifadəsi videokonfrans vasitəsilə alınıb. Zərərçəkənin vəkili Hüsniye Şimşək isə sürücünün hətta özünü müdafiə etmək üçün verdiyi ifadədə belə nifrət cinayəti işlədiyini, məhkəmənin çıxaracağı qərarın Türkiyə üçün əhəmiyyət daşıdığını bildirib. Dövlət ittihamçısı təqsirləndirilən sürücünün özünü müdafiə etmək üçün işlətdiyi ifadənin qəbuledilməz olduğunu bildirib, Türkiyədə hər kəskin istədiyi saatda təkbaşına, yaxud qrup halında hərəkət və səyahət azadlıqlarının olduğunu xatırladıb. Məhkəmə qərarını elan edib və Tuncayın zorlamaya görə 17 il, zorlamaq məqsədi ilə şəxsin azadlığını məhdudlaşdırma cinayətindən 6 il, qəsb əməlinə görə 6 il 8 ay, özəl həyatın gizliliyinə müdaxilə əməlindən 4 il, təhdid etməyə görə 1 il olmaqla cəmi 34 il 8 ay həbsə məhkum edilməsinə qərar verib. Məhkəmə sürücünün bütün xahişlərinə baxmayaraq onun cəzasında heç bir yüngülləşdirməyə razı olmayıb (virtualaz.org).

Manevr.az
BİABIRÇILIQ! Türkiyədə azərbaycanlı qadını zorlayıb, sonra da şəkillərini çəkib...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar