Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

DİN və DSX-nin əməliyyatı nəticəsində saxlanılan var

Tarix: 20-04-2023 13:12     Baxış: 3150 A- / A+

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti (DSX) İmişlidə növbəti birgə əməliyyat keçirib, saxlanılan var.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirən daha bir nəfər saxlanılıb.
Tədbir zamanı paytaxt sakini Elməddin Hüseynov İmişli rayonu ərazisində tutulub. Bu şəxsdən ümumilikdə 14 kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilib.
İlkin sorğu zamanı Elməddin Hüseynov ondan aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Baba” adı ilə tanıdığı şəxsin vasitəsilə İmişli rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, son 1 ay ərazində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və DSX-nin əməkdaşlarının birgə həyata keçirdikləri xüsusi əməliyyatlar nəticəsində ümumilikdə 131 kiloqram müxtəlif növ güclü təsiredici xassəli narkotik vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar