Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Ölüm maşını” işə salındı – Azərbaycanlı alim də edamını gözləyir

Tarix: 17-04-2023 23:11     Baxış: 5177 A- / A+



Molla rejimi İranda ona qarşı kütləvi etiraz aksiyaları keçirən vətəndaşlar arasında qorxu yaratmaq məqsədilə 2022-ci ildə edam nisbətini 2021-ci illə müqayisədə 75 faiz artırıb.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Norveçdə fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının (IHR) yeni hesabatında deyilir.
Ötən il ən azı 582 nəfər edam edilib ki, bu da 2021-ci illə müqayisədə 75 faiz artım deməkdir. IHR bildirir ki, ayətulla rejimi 2022-ci ildə edam cəzasının hakimiyyəti əldə saxlamaq üçün cəmiyyətdə qorxu yaratmaq məqsədilə nə qədər vacib olduğunu nümayiş etdirib. Ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin polis tərəfindən öldürülməsi ilə başlayan ümumxalq etirazlarında yüzlərlə etirazçı "İnqilab Məhkəməsi"ndə qondarma mühakimələrlə üz-üzə qalıb, bir çoxu ölümlə cəzalandırılıb.
Hesabata görə, artıq bu saxta ittihamlar üzrə 6 nəfər edam olunub, 100-dən çoxuna ölüm hökmü oxunub, çox sayda insan bu təhlükə ilə üz-üzədir. Bununla belə, IHR-in direktoru Mahmud Əmiri Müqəddam deyir ki, etirazçılara qarşı ölüm hökmlərinə beynəlxalq reaksiyalar molla rejiminin edamları davam etdirməsini çətinləşdirir.
"İnsanlar arasında qorxu yaratmaq üçün hakimiyyət edamları gücləndirib. Bunlar İslam Respublikasının edam maşınının ucuz qurbanlarıdır. Bu maşını dayandırmaq üçün İran daxilində və xaricində beynəlxalq ictimaiyyət və vətəndaş cəmiyyətləri hər bir edama eyni reaksiyanı göstərməlidir", - hesabatda vurğulanır.
Məlumatda qeyd olunur ki, qeyri-siyasi məhbusların edamına beynəlxalq reaksiyalar yoxdur. Bu tendensiya 2023-cü ildə də davam edir.
2022-ci ildə İsraillə əməkdaşlıq etdiklərinə görə 4 nəfər edam olunub. Molla rejimi tez-tez siyasi müxalifləri İsrailin xeyrinə casusluqda ittiham edir.
Hesabatda İranda akademik səfərdə olarkən həbs edilən güney azərbaycanlı (İsveç vətəndaşı) elm adamı Əhmədrza Cəlalinin işinə də istinad olunub.
Cəlali "İsrailə casusluq" və "yer üzündə fəsad törətmə" kimi qondarma ittihamlarla məhkum edilib. Hesabatda onun mühakiməsinin kobud şəkildə ədalətsiz keçirildiyi bildirilir. Molla rejimi Cəlalini bir neçə dəfə dar ağacına göndərsə də, beynəlxalq təpkilərdən çəkinərək saxta hökmün icrasını təxirə salıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar