Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvanda kütləvi dava -nəqliyyatın hərəkəti iflic oldu

Tarix: 16-04-2023 15:35     Baxış: 4231 A- / A+


Bu gün, aprelin 16-da İrəvanda kütləvi dava düşüb.

 Erməni mediası bildirir ki, saat 10:50-11:10 radələrində Davitaşen-Aştarak avtomobil yolunun arasındakı hissədə 20-dən çox gənc avtoxuliqanlıq məqsədilə yolu kəsərək, bir-birini nalayiq sözlərlə təhqir və “linç” ediblər.
Hadisə yerindən çəkilişlər edən fotojurnalist Qaqik Şamşyanın sözlərinə görə, toqquşmaya iki avtomobilin toqquşması səbəb olub və xoşbəxtlikdən heç kimə zərər dəyməyib. Lakin nəqliyyatın hərəkəti iflic olub.

Dərhal hadisə yerinə gələn Ermənistan Daxili İşlər Nazirliyinin polis patrul xidmətinin əməkdaşları davanın bir neçə iştirakçısını saxlaya bilsə də, onlardan bəziləri patrulçuların maşınlarını görərək qaçıblar.

Ermənistan İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Ajapnyak və Davitaşen inzibati rayonlarının istintaq şöbəsində baş verənlərlə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Polis və patrul xidməti istintaq şöbəsi ilə birlikdə davanın digər iştirakçılarının da müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görür.Musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar