Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

DİN: İrandan göndərilən avtomatı və "patını" götürəndə tutuldu - VİDEO

Tarix: 14-04-2023 14:11     Baxış: 3200 A- / A+

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinə xidməti ərazi olan Qaradağ rayonunda yerləşən Bakı Beynəxalq Dəniz Ticarət Limanında bir nəfərin İranda yaşayan "Nadir" adlı şəxslə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Bir müddətdən sonra İran vətəndaşının əvvəlcədən təyin etdiyi nöqtəyə yaxınlaşan onun ölkə daxilində məxfi əməkdaşlığa cəlb etdiyi şəxs gizlədilən narkotik vasitə və avtomatı axtarmağa başlayıB. Bu zaman o, İran vətəndaşı ilə əlaqə yaradaraq silahın və narkotiklərin yerini dəqiqləşdirib.
Manevr.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Rəsmi xəbərə görə, həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılıb.
"Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxs ilkin ifadəsində avtomat və narkotiklərin ona aid olmadığını bildirsə də, təkzibedilməz faktlar, həmçinin onun İran vətəndaşı ilə əlbir olduğunu sübut edən əməliyyat yolu ilə əldə edilən səs yazıları qarşısında cinayətini etiraf etməli olub", - deyə DİN-dən bildirilib.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar