Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ölən şəxsin təqaüdünü mənimsədiyi iddia olunan bələdiyyə sədrindən AÇIQLAMA

Tarix: 14-04-2023 13:38     Baxış: 3204 A- / A+

Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur.
İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Rəvayət Kərim qızı Miriyevanın ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib.
Məlumata görə? bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Rəqsanə Sadıqovaya uzun müddət imiş ki, sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib. 
Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün plan hazırlayaraq mərhumun ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını isə nəvəsindən alaraq anasına verib.
Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib. 
Bələdiyyə sədri yalnız bir ay əvvəl, yəni 17.03.2023-cü ildə mərhumun saxta “Ölüm haqqında tibbi şəhadətnamə”sini hazırlayıb. Məsələ ictimailəşəndən sonra bələdiyyə sədrinin əməli Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanılıb.  
Bələdiyyə sədrinin başqa cinayət əməllərində də əli olduğu, daha neçə nəfər ölən vətəndaş üzərindən dövlət vəsaitini mənimsədiyi iddia olunur.
Cinayət əməlində adı keçən Aygün Mirzəyeva Bizim.media-ya açıqlama verib.
 
Barəsindəki ittihamların əsassız olduğunu vurğulayan bələdiyyə sədri ona böhtan və şər atıldığını dilə gətirib:
“Sizin kimi mən də bu olaylara təəccüblənirəm. Bizdə saxta arayış olmur. Qeyd edim ki, Suraxanı Rayon İcra Hakimiyyətinə ölənlər haqqında biz məlumat veririk. Necə olur ki, birinci arayışda məlumatı düz verdim, ikincidə səhv verdim? Özüm-özümü ilişdirməliyəm? 
Şəxs 2021-ci ildə dünyasını dəyişib və bizim qeydiyyat kitabımızda da var. Bu barədə Lənkəran İcra hakimiyyətinə də məlumat vermişik. Mənim işçim olan kargüzar 3 aydır işə gəlib və arayışdakı texniki səhv onun olub. Həmin xanıma etdiyi səhvə görə şiddətli töhmət əmri vermişik. Həmin gün də məsələyə müdaxilə etmişəm və arayışın səhv olduğu barədə aidiyyəti qurumlara məlumat vermişəm”.
Aygün Mirzəyevanın sözlərinə görə ölən şəxsin təqaüdünü iki il nəvəsi götürüb və xərcləyib. Bu məsələdən isə bələdiyyəyə arayış üçün müraciət edəndə xəbərləri olub:
“Nə mənim, nə də anamın bu məsələdə rolu var. Anam təqaüdçüdür və heç kimə sələm verməyib. Necə ola bilər ki, mən ölən şəxsin kartını anama verim? Barəmdə yayılanlar böhtan və şantajdır. Qadının bank kartı nəvəsində olub və təqaüdü də özünün dediyinə görə o, çıxarıb.
Ailə məndən şikayətçi deyil və bir-birimizi tanımırıq. Prokurorluğa da bu barədə bildirib. Ümid edirəm məsələ obyektiv araşdırılar və hər şey ortaya çıxar”.
Daha sonra mərhumun nəvəsi danışıb. 
Adını açıqlamayan və qorxu içində açıqlama verən gənc nənəsinin bank kartından təqaüdü iki il ərzində özü çəkdiyini etiraf edib:
“Nənəm 2021-ci ildə dünyasını dəyişib. Pandemiya vaxtı olduğu üçün heç bir yer işləmirdi və kartı məndə qaldı. Evdən çıxa bilmirdik deyə ölüm kağızı da ala bilmədik. İki il nənəmin pensiyasını çıxarmışam. Amma bu dəqiqə də götürdüyüm pulları geri qaytarmağa hazıram. Kapital Bankdan olan kartı isə Lənkəran Rayon Prokurorluğuna təhvil vermişəm”.
Maraqlıdır, şəxs dünyasını dəyişir və dəfn olunur. Amma mərhum kimi adı aidiyyəti qurumun sisteminə oturmur. Bu azmış kimi dövlət vəsaiti hansısa şəxs və ya şəxslər tərəfindən iki il qeyri-qanuni yolla əldə olunur. 
Ölüm faktının hansı məqsədlə və necə gizlədilməsi, mərhumun ailəsinə ölüm kağızı verilməməsi, adına olan bank kartının ləğv olunmaması, DSMF tərəfindən təyin olunan təqaüdün kəsilməməsi məsələləri isə müəmmalı olaraq qalır...
Ümid edirik aidiyyəti qurumlar məsələyə həssaslıq nümayiş etdirəcək və günahkarlar layiqi cəzasını alacaqlar.  
Xatırladaq ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi, ev 38-də daimi qeydiyyatda olan və yaşayan Rəvayət Miriyeva 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib. Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər. 
Onu da əlavə edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Lənkəran şəhər sakini 1932-ci il təvəllüdlü Rəvayət Miriyevanın dəfn olunma tarixinə dair saxta arayış verilməsi barədə vətəndaş müraciəti əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar