Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda qadının döydüyü avtobus sürücüsü: "Avtobusun "Ruçnoy"undan tutub dedim ki..." - VİDEO

Tarix: 05-05-2017 14:08     Baxış: 4387 A- / A+
Bakıda qadının döydüyü avtobus sürücüsü: "Avtobusun "Ruçnoy"undan tutub dedim ki..."


Avtobusu qanunsuz yerdə saxlamadığına görə sərnişin tərəfindən döyülən "61” nömrəli avtobusun sürücüsü Rövşən Süleymanov baş verən hadisəni Metbuat.az-a danışıb.
Həmin müsahibəni təqdim edirik:

"Hadisə 3-cü mikrorayon dairəsinin ətrafında, saat 12:00 radələrində oldu. Dayanacaqdan təzə çıxmışdım, bir qadın dairənin ortasında avtobusu saxlamağımı söylədi. Dedim ki, icazə vermirlər, avtobusun içində kameralar var, polis var, olmaz saxlamaq. Dedi ki, "yox, mən burada düşməliyəm". Başladı avtobusun arxa qapısını təpikləməyə. Sonra mənim yaxamdan tutub, köynəyimi cırdı. Qadın idi, ona nə deyə bilərdim ki?!

Həmin anda əlimi avtobusun "Ruçnoy”undan tutub dedim ki, Allah, özün mənə səbr ver. Allahdan səbr dilədim. Başqa heç bir şey. 37 yaşım var. İki övlad atasıyam. 17 ildir də avtobus sürücüyəm. Belə bir hadisəni birinci dəfədir yaşamıram.

Qadını şikayət etmədim.

İnsandı, bəlkə əsəbi olub, biz onu necə şikayət edək?! Şükür Allaha ki, qəza olmadı. Hər şey öz qaydasında getdi. Buradan avtobus sürücülərinə demək istərdim ki, səbr etsinlər. Allah özü bütün sürücülərə səbr versin”.

Qeyd edək ki, hadisə bir neçə gün öncə baş verib. Sürücüdən avtobusu dayanacaqdan kənarda saxlamağı tələb edən sərnişinin onu döyüb. Hadisə avtobusun təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar