Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

İran Azərbaycanın 2 vətəndaşını həbs etdi

Tarix: 13-04-2023 12:05     Baxış: 4236 A- / A+
İran Azərbaycanın 2 vətəndaşını HƏBS ETDİ: Maşınlarında bayrağımızı gəzdirdiklərinə görə...
Naxçıvanın Şərur rayonunun 2 sakini - Vüsal Quliyev və Rövşən Seyid martın 18-dən İranda saxlanılır.
 
Manevr.az 
xəbər verir ki, bu barədə məlumat ovqat.com-a saxlanılanların yaxınları tərəfindən verilib.
 
Bildirildiyinə görə, həmin şəxslər xırda ticarətlə məşğuldurlar və İrandan müxtəlif mallar gətirərək Şərurda satmaqla dolanırlar. İranla sərhədlər bağlandıqdan sonra onlar alternativ keçiş yolu axtarıblar və Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər. Ötən ayın ortalarında Doğu Bəyaziddən İrana keçən bu şəxslər Təbrizə gediblər. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda ailələrinə zəng etməyi bacaran vətəndaşlar Təbrizdə həbs olunduqlarını və zindanda saxlanıldıqlarını bildiriblər.
 
Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağı yapışdırdıqları və bu səbəbdən də İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar