Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
08-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əsas hədəf şagirdlərin gündə bir dəfə isti yeməklə qidalanması olmalıdır - Deputat 20 nömrəli məktəbdə zəhərlənmədən DANIŞDI

Tarix: 09-04-2023 11:06     Baxış: 4242 A- / A+

Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə nəticəsində 6 şagird zəhərlənib.
Manevr.az bildirir ki, məsələ ilə bağlı Ednews-a danışan deputat Müşfiq Məmmədov deyib ki, əsas hədəfimizi şagirdlərin gündə bir dəfə isti yemək ilə qidalanması istiqamətində olmalıdır. O, sağlam qalmaq üçün şagirdlərin qida rasionundan və xeyirli rejimindən danışıb.
Onun sözlərinə görə, məktəblərdə bufetlərə nəzarət, ümumiyyətlə, digər təşkilatlara verilib.
“Məncə, burada yanaşma daha fərqli olmalıdır. Qidalanma rejimi gün ərzində olan kalori sərfiyatına uyğun şəkildə qurmalıyıq. Digər ölkələrdə də bunun nümunələrini görürük. Həm qidalanmanın kalori sərfiyatına qurulması, həm də evdəki qidalanmaya uyğun şəkildə şagirdlərə yemək verilməyi məqsədə uyğundur. Bu şagirdləri aktiv və gümrah edəcək.  Şagirdlərin isti yeməklə təmin olunması önəmlidir. Düzdür, bu çətin prossedir. Lakin özəl və dövlət tərəfdaşlığı olarsa, bu mümkün olar. Çünki, indiki qidalanma rejiminə baxdıqda daha çox hazır qidaları görürük. Saxlanma şəraiti pozulanda zəhərlənmələrə gətirib çıxarır”.
Deputat qeyd edib ki, ümumi təhsil ocaqlarında mütəmadi olaraq monitorinqlər aparılmalıdır. 
“Amma əsas hədəfimizi şagirdlərin gündə bir dəfə isti yemək ilə qidalanması istiqamətində olmalıdır. Yeni və isti hazırlanmış qida  həm şagirdlərin  sağlamlığına, həm də dərslərdə daha aktiv olmasına kömək edəcək”.

Aysel Şahmar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar