Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ana və oğul gəlini döydülər

Tarix: 31-03-2023 21:05     Baxış: 3173 A- / A+
Azərbaycanda ana və oğul gəlini döydülərLənkəranda ana və oğul gəlini döyüblər.

Hadisə bu günlərdə Liman şəhərində baş verib.

Şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal həyat yoldaşı Baharı (adlar şərti verilib - red.) döyüb. Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan olunub.
Vüsal izahatında göstərib ki, ondan şikayət etmiş Bahar həyat yoldaşıdır:

"Biz bir yerdə yaşamışıq və münasibətlərimiz normal olub. Sonucu dəfə Bahar özbaşına atasının evinə getdi. Saat 13 radələrində evə qayıtdı. Həmin vaxt anam mənə zəng edərək Baharla dalaşdıqlarını, gəlib onu işə aparmağımı dedi. Evə gələndə anam Vəfa və Baharın deyindiklərini, sözlə mübahisə etdiklərini gördüm. Onları sakitləşdirməklə anamı götürdüm və işə apardım. Bahar evdə qaldı".

Vüsal deyib ki, həmin vaxt Baharı döyməyib:

"Anam və arvadım dalaşanda isə evdə olmamışam. Sadəcə Baharı itələyərək həyətdən evə girməsini demişəm".

Zərərçəkmiş Baharın sözlərinə görə, 2021-ci ildə Vüsalla ailə həyatı qurub və bir övladları var:
"Əvvəllər ərimlə münasibətlərim normal olsa da, sonradan qayınanam bizim ailə işlərimizə müdaxilə etdiyindən münasibətlərimiz pisləşdi. Son zamanlar Vəfa evi qızının adına keçirəcəyini deməklə bizim evdən getməyimizi tələb etdi. Buna görə aramızda mübahisələr oldu".

Bahar qeyd edib ki, birgünlük anasının evinə qonaq gedib:

"Növbəti gün evə qayıdanda qayınanam məni istəmədiyini, evdən getməyimi tələb etdi. Buna görə aramızda yenidən mübahisə baş verdi. Vəfa üstümə hücum çəkdi. Qollarımı cırmaqladı və məni itələdi. Bir qədər sonra ərim evə gəldi. O da məni itələdiyindən sağ əlim divara dəyərək cızıldı. Bu səbəbdən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim".

Vəfa isə izahatında göstərib ki, 2021-ci ildə oğlu Vüsalla Bahar ailə həyatı qurublar:

"Bahar gəlin gələndən mənimlə və ailə üzvlərimlə yola getməyib, xoşagəlməz sözlər danışıb, evdə yersiz münaqişələr yaradıb. Hadisə günü Bahar atasının evindən geri qayıtdı. Mən də ondan niyə özbaşına atasının evinə getdiyini soruşdum. Bahar da mənə - "ev mənimdir, istəyərəm - gedərəm, istəyərəm - qalaram", - dedi. Buna görə aramızda mübahisə baş verdi. Həmin vaxt oğluma zəng etdim, məni işə aparmağını dedim. Oğlum da gələrək məni apardı".

Vəfa bildirib ki, gəlinini döyməyib, ona xəsarət yetirməyib:
"Sadəcə həyətdə səs küy saldığından onu evə tərəf aparmışam".

Bu işə Lənkəran Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Vüsal 300 manat miqdarında cərimə olunub.

Bundan başqa, gəlinin şikayəti əsasında qayınananın da barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə icraat başlayıb və iş məhkəməyə göndərilib.

Məhkəmə Vəfanın da barəsində 300 manat miqdarında cərimə təyin edib.

Hər iki qərarın icra olunması Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilib. teleqraf.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar