Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Fəridin anası oğlunu axtarmaq üçün İrana getdi

Tarix: 28-03-2023 11:39     Baxış: 3191 A- / A+

Fevralın 20-si Almaniyadan İrana səfər edən və sonra barəsində heç bir məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova son günlər oğlunun axtarışını İranda davam etdirir. O, oğlunun taleyi barədə hələ hər hansı məlumat əldə edə bilməyib.
Manevr.az-ın xəbərinə görə, bu barədə “Amerikanın səsi”nə danışan D. Əsgərova bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını açıqlayıb: “Polis dedi ki, təyyarə şirkətindən Fərid Səfərlinin Tehrandan heç yerə uçmaması ilə bağlı məlumat alıb. Bu səbəbdən Fəridlə bağlı İranın Almaniyadakı səfirliyinə məktub göndəriblər. Amma İran səfirliyi polisə hələ cavab verməyib”.
D. Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdə olub: “Fəridin evindən kompüterini, şəxsi əşyalarını götürdüm. Kompüterin kodunu polis açdı. Kompüterdən Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, soyadının bir hissəsini, iş yerini, yəni bir xeyli məlumat öyrəndilər”.
Fərid Səfərlinin anası daha sonra İrana səfər edib.
“Mən bundan sonra İrana gəldim və hazırda buradayam. Fəridin dostu olan qızın iki telefon nömrəsi mənə məlum idi. Hər iki telefon nömrəsi bağlıdır. Telefon nömrələri satılan yerdən qızın ünvanını öyrənməyə cəhd etdim. Onun ünvanını vermədilər. Qız Tehranda Tibb Universitetinin sonuncu kursunda oxuyur. Qumda xəstəxanalarda interna keçir. Qabaqcadan interna keçdiyi xəstəxanaların birinə zəng etdim. Dedilər ki, həmin qız iyirmi gündür işə gəlmir, icazə alıb. Həmin 20 gün oğlumun itkin düşdüyü günlə eynilik təşkil edir. Amma biz həmin xəstəxanaya çatanda vəziyyət dəyişdi. Dedilər, ümumiyyətlə, bu qız orada işləməyib. Təxmin etdiyim digər xəstəxanalara da getdim. Qızın adını, fotosunu, telefon nömrələrini polis mənə verib. Şəkillərini göstərdim. Dedim, qızı tanımırsınız, amma fotoda onunla birgə xəstəxananın digər həkimlərinin də şəkilləri var. Onları da tanımırsınız? Elə bil məlumatlı idilər. Bizi xəstəxanaların qapısından qaytarırdılar. Sanki, bizi qovmaq istəyirdilər. Heç bir məlumat vermədilər”, – o qeyd edib.
O, İranda vəkil tutaraq onunla birgə hüquq-mühafizə orqanlarına müraciət edib: “Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə sistemə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”.
Dilarə Əsgərova Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət edib. Konsulluqdan da ona məktub göndərdiklərini, İran tərəfinin isə hələ də cavab vermədiyini deyiblər: “Mən onlardan xahiş etdim ki, oğlumun tez bir zamanda tapılması üçün hərəkət etsinlər. Oğlum 26 gündür yoxa çıxıb. Hər dəqiqənin ana üçün nə demək olduğunu bilsinlər. Oğlumun tapılması üçün kömək etsinlər.
Mən sizin mətbuat vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, notalarına cavab istəsinlər. Yaxud başqa ölkələrin vasitəçiliyindən istifadə etsinlər. Beynəlxalq təşkilatlara müraciət etsinlər. Bəlkə, İran sonsuza qədər susacaq. Biz də sonsuza qədər oturub onun cavabını gözləyəcəyik?! Mən ana kimi oğlumun taleyindən çox narahatam. Hədsiz dərəcədə narahatam. Bəlkə də, burada Tehranda məndən yüz metr aralıda oğlum həbsxanadadır. Amma mən ondan hər hansı məlumat ala bilmirəm. Heç bir yer mənə məlumat vermir”.globalinfo.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar