Xəbər lenti
Bill Qeytsən səs-küylü etiraf: Pandemiyada vaksinləşmə yanlış olub
“Microsoft”un qurucusu olan Bill Qeyts bir neçə gün öncə publik çıxışlarının birində elan etdi ki, dünya pandemiya zamanı böyük səhv edib, sən demə, virus təhlükəli deyilmiş, kütləvi vaksinləşmə, sərt “lockdown”-lar yanlış idi, çıxış yolu virusla birgə yaşamaq, “kütləvi immunitet” qazanmaq imiş”.
Manevr.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
O, Bill Qeytsin qapanmaların dünyada iqtisadiyyata, insanların sağlamlığına vurduğu ziyandan danışdığını qeyd edib:
“Doğrudur, çıxışında yenə öz xislətindən və qlobal “agenda”sından əl çəkməyib – insanlığı yeni, daha dəhşətli “pandemiya”ların olacağı ilə qorxudub, cinayətkar qurum olan ÜST-ə (Ümumdünya Səhiyyə Təşkilatı-red.) daha çox dəstək olmaqdan danışıb. Hətta insan haqq və azadlıqlarına böyük təhdid olan ÜST-ün yeni “Global Health Emergency Corps” layihəsini ağızdolusu tərifləyib, bütün dövlətləri və varlı insanları bu proqrama dəstək olmağa çağırıb. ÜST-ün bu təşəbbüsü ona hesablanıb ki, dövlətlərüstü qurum yaransın, aldığı qərarlar dövlətlər üçün məcburi xarakter daşısın – çox təhlükəli təklif və ideyadır”.
İqtisadçı 2020-ci ilin mart ayında, pandemiya elan olunandan sonra dəfələrlə Bill Qeytsin bir neçə gün əvvəl söylədiklərini yazıb-izah etdiklərini deyib:
“Mən əminəm ki, dünyanın başı Rusiyanın vəhşicəsinə Ukraynaya təcavüz etməsinə qarışmasaydı, dünya siyasi elitası bu cinayətin altından belə rahatlıqla çıxa bilməzdi – amma, ümid edirəm ki, hələ çıxmayıb, bir müddət sonra pandemiya adı altında insan haqq və azadlıqlarını tapdalayan, iqtisadiyyatı məhv edən yanaşma və siyasət müəllifləri mütləq ədalətli məhkəmə qarşısında cavab verəcəklər.
Bu gün dünyada tüğyan edən inflyasiya, qiymət artımı, bank-maliyyə böhranı təhlükəsi, orta sinfin azalması (orta sinif daim əsl siyasi sabitliyin və iqtisadi inkişafın dayağı olub) – hamısı pandemiyanın rəzil idarəedilməsindən doğdu.globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar