Xəbər lenti
50 il Sumqayıtın kimya sənayesinə xidmət etmiş məşhur kimyaçı Zülfi Sadıxov vəfat edib

Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya gəlmiş Zülfi Sadıxov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Sumqayıt Kimya- Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirərək Sumqayıt “Kimyasənaye” İstehsalat Birliyinin herbisid istehsalı sexində çilingər kimi əmək fəaliyyətinə başlayıb və istehsalatdan ayrılmadan Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində mexanik ixtisası üzrə ali təhsil alıb. İşə xüsusi can yandırması, əzmkarlığı, mühəndis bacarığı nəzərə alınaraq, çox keçmədən növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, 80-ci illərin əvvəllərində isə ona daha məsul bir vəzifə – birinci buraxılış sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğu ondan bilinir ki, o zaman həmin istehsalatın tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Zülfi Sadıxov fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən işləyərək, istehsalatda daim rekord göstəricilər qazana bilmiş, məişətdə işlənən yuyucu tozlar üçün əsas xammal olan sulfanolun keyfiyyətinin standarta müvafiq səviyyəyə çatdırılmasına nail olmuşdu. Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və 5 texniki ixtiranın müəllifidir) Z.Sadıxov «SSRİ ixtiraçısı» və «Azərbaycanın Əməkdar mühəndisi» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçinin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmiş, bir-neçə mühəndis həmkarı ilə birgə Respublika Dövlət mükafatına layiq görülmüşdü. İstedadlı kimyaçı, qabaqcıl istehsalat rəhbəri, vətənpərvər ziyalı, gözəl insan olan Zülfi Sadıxovun unudulmaz xatirəsi iş yoldaşlarının, doğmalarının və dostlarının qəbində daim yaşayacaqdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar