Xəbər lenti
Zülfi Sadıxov vəfat etdi - ŞƏKİL
Respublikanın və Sumqayıtın neft-kmya sənayesinə ağır itki üz verib.
Manevr.az xəbər verir iki, Prezident təqaüdçüsü, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, SSRİ-nin "Əlaçı kimyaçısı", "Əlaçı səmərələşdiricisi” və ixtiraçısı, keçmiş Sumqayıt "Kimyasənaye” İstehsalat Birliyinn Sulfanol istehsalatının rəisi və baş mühəndisin müavini vəzifələrində çalışmış, ömrünün 50 ilini ölkənin kimya sənayesinin inkişafına həsr etmiş görkəmli istehsalatçı-kimyaçı, Sumqayıtın sonuncu ən çox titullu-ordenli, şöhrətli əmək adamı, vətənpərvər ziyalı, gözəl insan Zülfi Kazım oğlu Sadıxov uzun sürən xəstəlikdən sonra martın 25-də ömrüün 81-ci ilində vəfat edib.
Müharibə dövründə – 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində dünyaya gəlmiş Zülfi Sadıxov orta məktəbi bitirdikdən sonra 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirərək, Sumqayıt "Kimyasənaye” İstehsalat Birliyinin herbisid istehsalı sexində çilingər kimi əmək fəaliyyətinə başlayıb və istehsalatdan ayrılmadan Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsində mexanik ixtisası üzrə ali təhsil alıb.
İşə xüsusi can yandırması, əzmkarlığı, mühəndis bacarığı nəzərə alınaraq, çox keçmədən növbə rəisi, böyük mühəndis-texnoloq vəzifələrinə təyin olunmuş, 80-ci illərin əvvəllərində isə ona daha məsul bir vəzifə – birinci buraxılış sulfanol istehsalatına rəhbərlik etmək tapşırılmışdı. Bu işin nə dərəcədə mühüm və məsuliyyətli, həm də çətin olduğu ondan bilinir ki, o zaman həmin istehsalatın tərkibində 4 sex və 7 şöbə fəaliyyət göstərirdi və istehsalatda 550 nəfərə yaxın işçi, o cümlədən 70-dən çox mühəndis-texniki işçi çalışırdı. Zülfi Sadıxov fəhlə və mühəndislərlə birgə gecə-gündüz, yorulmaq bilmədən işləyərək, istehsalatda daim rekord göstəricilər qazana bilmiş, məişətdə işlənən yuyucu tozlar üçün əsas xammal olan sulfanolun keyfiyyətinin standarta müvafiq səviyyəyə çatdırılmasına nail olmuşdu.
Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə (o, 300-ə qədər səmərələşdirmə təklifinin və 5 texniki ixtiranın müəllifidir) Z.Sadıxov «SSRİ ixtiraçısı» və «Azərbaycanın Əməkdar mühəndisi» fəxri adlarına layiq görülmüş, «İxtiraçılıq və səmərələşdirmə əlaçısı» döş nişanı ilə, həmçinin «Qırmızı Əmək bayrağı» ordeni ilə, çoxlu sayda fəxri-fərmanlarla təltif edilmiş, bir-neçə mühəndis həmkarı ilə birgə Respublika Dövlət mükafatına layiq görülmüşdü.
İstedadlı kimyaçı, qabaqcıl istehsalat rəhbəri, vətənpərvər ziyalı, gözəl insan olan Zülfi Sadıxovun unudulmaz xatirəsi iş yoldaşlarının, doğmalarının və dostlarının qəbində daim yaşayacaqdır.
Allh rəhmət eləsin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar