Xəbər lenti
Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü
Nefçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib.Hadisə rayonun Mirzəqurbanlı kəndində baş verib.
Kənd sakini Bilal Quliyev bayramla əlaqədar qəbiristanlığa gedərək həyat yoldaşının məzarını ziyarət edib. Geri qayıdarkən həmkəndlisi Ramiz Mustafayev onun qarşısını kəsib və barmağındakı üzüyü verməsini tələb edib. Bundan sonra B.Quliyev isterik şok vəziyyətində rayon xəstəxanasına müraciət edib. O, həmkəndlisi R.Mustafayevin ağacla ona zərbələr endirdiyini bildirib. Lakin müayinə zamanı B.Quliyevin bədənində xəsarət izləri aşkar edilməyib.
Xəstəxanadan evə qayıdan şəxs gecə saatlarında qəfil vəfat edib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən Ramiz Mustafayevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib. qafqazinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































