Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Ata Sumqayıtda kar və kor övladlarına işgəncə verdi... - Ana şikayət etdi - Şok

Tarix: 22-03-2023 19:37     Baxış: 4412 A- / A+

Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Vaqif ailə münaqişəsi zəminində oğlu Əlini (adlar şərti verilib - red.) döyüb, arvadı Vüsaləni isə öldürməklə hədələyib.

Manevr.az teleqraf.com-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhərində 13-cü mikrorayonda baş verib.

Vaqifin barəsində İmzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vaqif bildirib ki, Vüsalə onun həyat yoldaşı olub və birgə nikahdan 3 övladları var: "Nikah pozulduqdan sonra 15 yaşlı oğlum Vüsal və 10 yaşlı oğlum Əlini götürərək anama məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə yaşamağa başladıq. Təxminən 1 il 6 ay əvvəl həmin evdən çıxdım və bağ evində ata yurdunda anamın yanında yaşamağa başladım".

Vaqif deyib ki, Vüsalə ondan aliment tələb edib: "Həmin alimenti verə bilmədim və borc yığılaraq 13000 manat oldu. Təxminən 7 gün əvvəl həmin pulu Vüsaləyə verdim. Eyni zamanda məhkəmə mənim iki övladıma 20000 manat kompensasiya verməyim öhdəsini qoydu. Mən də Vüsaləyə qaldığı evi sataraq pulu verəcəyimi dedim. Vüsalə isə həmin evin açarlarını dəyişdi və məni evə buraxmayaraq evin satılmasına problem yaratdı".

Vaqif deyib ki, təxminən 4 gün əvvəl anası ilə birlikdə Vüsalənin yaşadığı evi satmaq üçün həmin ünvana gəliblər: "Biz mənzilə daxil olduq və mənzilin bir otağında yaşamağa başladıq. Hadisə günü, saat 11.00-da oğlum Əli anamla mənim olduğum otağa daxil oldu və anamın əlindən televizor pultunu almaq istədi. Mən də ona "yaşlı adamdır, icazə ver nənən televizora baxsın" dedim. Oğlum mənim və anamın ünvanına nalayiq ifadələr və söyüşlər söydü. Anası ilə birgə mənim anamın üzərinə gəldilər. Mən də onların arasına girərək anamı qorumağa çalışdım.

Onları otaqdan çıxardım, qapını bağladım. Onlar təpiklə otağın qapısına vurdular, sonra mətbəxə keçdilər. Keçmiş həyat yoldaşım mətbəxtdə oğlumun sinəsini çırmaqladı və polis əməkdaşları gələndə onu mənim döydüyümü deməyi tapşırdı. Bildirmək istəyirəm ki, oğlumu vurmamışam və ona heç bir xəsarət yetirməmişəm".

İş üzrə izahat verən zərərçəkmiş Əlinin qanuni nümayəndəsi və anası Vüsalənin sözlərinə görə, 2 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzilində yaşayır: "Vaqiflə aramda olan nikah pozulub. Oğlmu Əli 3-cü dərəcəli qulaq karlığı və toyuq korluğu xəstəsidir. Digər oğlum da gözdən əlildir. Vaqifdən boşandıqdan sonra hazırda yaşadığım həmin evdə uşaqlarımla bir yerdə yaşamağa başlamışam. Vaqif isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası ilə bir yerdə yaşamağa başlayıb. Vaqifdən boşandıqdan sonra ondan aliment tələb etdim. Lakin alimenti vermədi və 13000 manat aliment borcu yarandı".

Vüsalə bildirib ki, təxminən 7 gün əvvəl həmin məbləği Vaqifdən alıb: "Bir neçə gün sonra Vaqif anasını da götürərək yaşadığım evə gəldi və bir otağı zəbt edərək orada yaşamağa başladılar. Elə həmin gündən demək olar ki, hər gün aramızda mübahisə olub. Vaqif və anası məni, himayəmdə olan qulaq və göz qusurlu uşağıma qarşı şiddət göstəriblər".

Vüsalənin ifadəsinə görə, hadisə günü saat 11.00-da oğlu Əli ilə evdə olanda Vaqif və anası da evin böyük otağında oturaraq televizora baxıblar: "Bu zaman oğlum da televizorva baxmaq istədi. Lakin bizim otağımızda olan televizoru Vaqif zal otağında olan televizorvun arxasından antenadan çıxarmışdı. Ona görə oğlum Vaqif və anasının olduğu otağa daxil olaraq öz otağımızda olan televizoru qoşmaq istədi. Vaqif əli ilə oğlumun boynundan və sinəsindən tutataq divara sıxdı. Sonra da döydü. Oğlumu onun əlindən aldım və Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etdim".
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Vaqif 500 manat miqdarında cərimə olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar