Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Nənəsi Mahir Emrelini məhkəməyə verib - SƏBƏB

Tarix: 18-03-2023 16:37     Baxış: 3317 A- / A+

Hazırda Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib. 
Manevr.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.Əldə etdiyimiz məlumata görə, Mahirə Quliyeva birinci instansiya məhkəməsində istəyinə çata bilməyib. Bu baxımdan, futbolçunun nənəsi apellyasiya şikayəti verib.
İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.
İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib.  O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.
Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib.
Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.
Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.
Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar