Xəbər lenti
Bu il narkotiklə bağlı 2035 cinayət faktı aşkarlanıb
Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2035 cinayət faktı aşkarlanıb.Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında məlumat verilib.
Bildirilib ki, onlardan 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirəolunmuş 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin 434 kq 333,824 qr-nı heroin, 804 kq 697,085 qr-nı marixuana, 21 kq 358,739 qr-nı tiryək, 32 kq 372,849 qr-nı həşiş, 58 kq 357,343 qr-nı psixotrop maddələr, 585,45 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qr və 1540 ədəd kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb. big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































