Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

DSX-dən İranla sərhəddə əməliyyat: saxlanılanlar var

Tarix: 14-03-2023 12:52     Baxış: 3132 A- / A+


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Manevr.az bildirir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mart ayının 13-ü saat 21:55-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşı Novruz İbrahim oğlu Dadaşov saxlanılıb.
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Mart ayının 14-də saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Aparılmış əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubişi” markalı avtombillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri Kamil İlyas oğlu Həsənov və Novruz Tofiq oğlu Mirzəyev saxlanılıblar.
Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülmüşdür.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar