Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
20-01-2025
BÜTÜN XƏBƏRLƏR

39 yaşlı müəllim əməliyyatdan sonra niyə öldü?

Tarix: 13-03-2023 13:27     Baxış: 3171 A- / A+

Ötən gün Bərdənin Uğurbəyli kəndində yaşayan 39 yaşlı ibtidai sinif müəllimi Arzu Əliyeva Bakıda əməliyyatdan sonra dünyasını dəyişib. 

Manevr.az
xəbər verir ki, məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aqşin Ağayev sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, 1984-cü il təvəllüdlü vətəndaş Arzu Əliyeva martın 11-də bağırsaq keçməzliyi diaqnozu ilə Kliniki Tibbi Mərkəzə müraciət edib: "Çox ağır vəziyyətdə olan xəstəyə lazımi müayinələr edildikdən sonra təcili olaraq cərrahi əməliyyat icra olunub. Əməliyyat prosesində xəstənin bağırsaqlarında müsariqə arteriyasının trombozu (bağırsaq infarktı) nazik bağırsağın total qanqrenası olduğu aşkarlanıb. Arzu Əliyeva əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti çox ağır olan xəstə əməliyyatdan bir gün sonra vəfat edib. KTM-yə müraciət etmədən öncə xəstə özəl tibb müəssisəsində də müayinədə olub və bağırsaq keçməzliyi diaqnozu qoyulub”. 

A.Ağayevin sözlərinə görə, nazik bağırsağın total qanqrenası diaqnozu ilə xəstənin həyatda qalma şansı sıfra bərabərdir. 

Qeyd edək ki, Bərdə rayonunun Uğurbəyli kəndində yaşayan 39 yaşlı Arzu Əliyeva ibtidai sinif müəllimi işləyirmiş.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar