Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Manevr.az xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bildirib.
O qeyd edib ki, Eldar Qocayev ötən gecə vəfat edib və bu gün Badamdar qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1967-1972–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.
1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. 1976-cı ildə inistitutun Fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik edib.
1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.
1990-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakültənin dekanı işləyib, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Fizika kafedrasının müdiri seçilib və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik edib.
Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.
Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə Elektronika və Fizika kafedraları birləşdirilərək yeni kafedra – Mühəndis fizikası və elektronika kafedrası yaradılıb və həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilib.
Fizika sahəsində 530-dan artıq elmi əsərin, 11 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 300-dən çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunub.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.
Xəbər lenti
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar