Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda xanım müğənni mikrofonla söyüş söydü və... - QƏRİBƏ HADİSƏ

Tarix: 11-03-2023 20:39     Baxış: 4269 A- / A+
Bakıda məşhur restoranda işləyən qəlyançı qadın müğənnini döyüb.

Hadisə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Sultan Pub" restoranında baş verib.

Belə ki, qəlyançı qadınla Kəmalə adlı müğənni arasında dava Dəyanət adlı oğlana görə düşüb.

Kəmalə "Sultan Pub"da olan zaman "WhatsApp" vasitəsi ilə adını sonradan bildiyi Dəyanət adlı şəxsdən mesaj gəlib. Mesajı göndərən şəxs ondan xoşu gəldiyini və tanış olmaq istəyini bildirib. Adını Tünzalə kimi bildiyi, əsl adı Ağca olan restoranda qəlyançı işləyən qadın Dəyanətin şəklini görüb onu tanıdığını və anasının sevgilisi oduğunu bildirib. Ağca müğənniyə Dəyanətlə əlaqə saxlamamağı məsləhət görərək, onun qadınları aldatdığını deyib.

Bir neçə gün sonra Dəyanət Ağcaya zəng edərək "səndən heç gözləməzdim, mənim haqqımda Kəmaləyə yaxşı sözlər deməmisən" deyə irad tutub. 28 noyabr 2022-ci il tarixdə Ağca işlədiyi restorana gedib, orada restoranı işlədən Vüsal və Fərasim adlı şəxslərlə nahar edib. Daha sonra Ağca Kəmaləyə onun sözlərini Dəyanətə çatdırması barədə irad tutub. Müğənni isə əvəzində həmin gün tanımadığı şəxsin doğum gününündə mikrofonla onun və anasının ünvanına nalayiq sözlər deyərək, təhqir etməyə başlayıb.

Tərəflər arasında dava bundan sonra başlayıb. Səhər saat 05.00 radələrində Kəmalə restoranın sanitar qovşağına gedən zaman Ağca ona yaxınlaşaraq, anidən başı ilə üz nahiyəsinə vuraraq qaçıb. Müğənnin zərbədən başı gicəllənsə də, restorandan çölə çıxaraq, onun arxasınca gedib. Ağcanı küçədə görüb ona yaxınlaşmaq istəyərkən sonuncunun onu itələməsi nəticəsində müvazinətini itirərək, yerə yıxılıb. Nəticədə müğənniyə burun sümüyünün xətti yerdəyişməyən sınığı, burunun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ süd vəzisinin, sağ saidinin qançırları diaqnozu qoyulub.

Məhkəminin qərarı ilə "Sultan Pub" restoranın 1990-cı il təvəllüdlü Ağca adlı qəlyançısı hər ay qazancından dövlət nəfinə 15 faizi məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar