Xəbər lenti
Sumqayıtda 30 yaşlı ata övladına işgəncə verib
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində 13-cü mikrorayonda baş verib.
Vaqifin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vaqif bildirib ki, Vüsalə onun həyat yoldaşı olub və birgə nikahdan 3 övladları var: “Nikah pozulduqdan sonra 15 yaşlı oğlum Vüsal və 10 yaşlı oğlum Əlini götürərək anama məxsus olan Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzildə yaşamağa başladıq. Təxminən 1 il 6 ay əvvəl həmin evdən çıxdım və bağ evində ata yurdunda anamın yanında yaşamağa başladım”.
Vaqif deyib ki, Vüsalə ondan aliment tələb edib:
“Həmin alimenti verə bilmədim və borc yığılaraq 13 000 manat oldu. Təxminən 7 gün əvvəl həmin pulu Vüsaləyə verdim. Eyni zamanda məhkəmə mənim iki övladıma 20000 manat kompensasiya verməyim öhdəsini qoydu. Mən də Vüsaləyə qaldığı evi sataraq pulu verəcəyimi dedim. Vüsalə isə həmin evin açarlarını dəyişdi və məni evə buraxmayaraq evin satılmasına problem yaratdı”.
Vaqif deyib ki, təxminən 4 gün əvvəl anası ilə birlikdə Vüsalənin yaşadığı evi satmaq üçün həmin ünvana gəliblər:
“Biz mənzilə daxil olduq və mənzilin bir otağında yaşamağa başladıq. Hadisə günü, saat 11:00-da oğlum Əli anamla mənim olduğum otağa daxil oldu və anamın əlindən televizor pultunu almaq istədi. Mən də ona - “yaşlı adamdır, icazə ver nənən televizora baxsın”, - dedim. Oğlum mənim və anamın ünvanına nalayiq ifadələr və söyüşlər söydü. Anası ilə birgə mənim anamın üzərinə gəldilər. Mən də onların arasına girərək anamı qorumağa çalışdım.
Onları otaqdan çıxardım, qapını bağladım. Onlar təpiklə otağın qapısına vurdular, sonra mətbəxə keçdilər. Keçmiş həyat yoldaşım mətbəxdə oğlumun sinəsini cırmaqladı və polis əməkdaşları gələndə onu mənim döydüyümü deməyi tapşırdı. Bildirmək istəyirəm ki, oğlumu vurmamışam və ona heç bir xəsarət yetirməmişəm”.
İş üzrə izahat verən zərərçəkmiş Əlinin qanuni nümayəndəsi və anası Vüsalənin sözlərinə görə, 2 övladı ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən mənzilində yaşayır:
“Vaqiflə aramda olan nikah pozulub. Oğlum Əli 3-cü dərəcəli qulaq karlığı və toyuq korluğu xəstəsidir. Digər oğlum da gözdən əlildir. Vaqifdən boşandıqdan sonra hazırda yaşadığım həmin evdə uşaqlarımla bir yerdə yaşamağa başlamışam. Vaqif isə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında atasının evində anası ilə bir yerdə yaşamağa başlayıb. Vaqifdən boşandıqdan sonra ondan aliment tələb etdim. Lakin alimenti vermədi və 13000 manat aliment borcu yarandı”.
Vüsalə bildirib ki, təxminən 7 gün əvvəl həmin məbləği Vaqifdən alıb:
“Bir neçə gün sonra Vaqif anasını da götürərək yaşadığım evə gəldi və bir otağı zəbt edərək orada yaşamağa başladılar. Elə həmin gündən demək olar ki, hər gün aramızda mübahisə olub. Vaqif və anası məni, himayəmdə olan eşitmə və görmə məhdudiyyəti olan uşağıma qarşı şiddət göstəriblər”.
Vüsalənin ifadəsinə görə, hadisə günü saat 11:00-da oğlu Əli ilə evdə olanda Vaqif və anası da evin böyük otağında oturaraq televizora baxıblar:
“Bu zaman oğlum da televizora baxmaq istədi. Lakin bizim otağımızda olan televizoru Vaqif zal otağında olan televizorun arxasından antendən çıxarmışdı. Ona görə oğlum Vaqif və anasının olduğu otağa daxil olaraq öz otağımızda olan televizoru qoşmaq istədi. Vaqif əli ilə oğlumun boynundan və sinəsindən tutaraq divara sıxdı. Sonra da döydü. Oğlumu onun əlindən aldım və Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə müraciət etdim”.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Vaqif 500 manat miqdarında cərimə olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar