Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Metroda terror olacağını deyən şəxs saxlanıldı

Tarix: 10-03-2023 19:10     Baxış: 3717 A- / A+

Metroda terror olacağını deyən şəxs TUTULDU Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
 
Manevr.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb.
 
Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, 2001-ci il təvəllüdlü Butayev Fərid Fərhad oğluna məxsus olduğu və sözügedən materialın həmin şəxs tərəfindən “WhatsApp” tətbiqi vasitəsilə paylaşıldığı müəyyən edilib.
 
Fərid Butayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
 
Əhali arasında vahimə yaratmaq məqsədi güdən analoji əməllərin qanunla müəyyən olunmuş qaydada ciddi hüquqi məsuliyyət yaratdığı barədə bir daha xəbərdarlıq edilir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar