Bakının Xətai rayonunda baş verən atışmada xəsarət alan şəxslərdən biri evə buraxılıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzində ağciyər və fəqərə zədələnməsi səbəbilə əməliyyat olunan 1 nəfər (cinsi kişi) iltizamnamə əsasında yaxınlarının istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Sol çiyin oynağının çıxığı diaqnozu ilə müalicəsi aparılan digər bir nəfərin (cinsi kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada "Unibank"ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar