Bu gün Bakı şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən Bravo” hipermarketdə silahlı insident baş verib.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
Məlumata görə, hadisəni törədən şəxs supermarketin qarşısına quraşdırılmış bankomata inkassator heyətinin yaxınlaşmasını gözləyib.
Beynəlxalq Bankın inkassatorları bankomata yaxınlaşarkən həmin şəxs onlara tərəf gələrək atəş açıb. Baş nahiyəsindən güllə yarası alan inkassator hadisə yerində ölüb. Digər şəxs isə döş qəfəsi nahiyəsindən xəsarət alıb.
İnsidenti törədən şəxs ərazidan qaçaraq uzaqlaşıb.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib, araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Xəbər lenti
"Bravo"da atışma oldu: Ölən və yaralanan var

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar