Gəncədə marketə basqın olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 2-də saat 6 radələrində Gəncə şəhərində yerləşən “Megastore” marketə girən şəxs mühafizəçi, şəhər sakini M.Həsənovun baş nahiyəsinə küt alətlə xəsarət yetirərək, əl və ayaqlarını yapışqanlı lentlə bağlayıb. Daha sonra oradan içərisində 157.151 manat, 6.040 ABŞ dolları və 18.100 rubl olan seyfi aparıb. Bu barədə polisə məlumat daxil olub.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib və həmin seyf mağazaya yaxın ərazidə toxunulmamış və torpağa basdırılmış vəziyyətdə tapılıb. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən bu cinayət əməlini törədən və ya törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Xəbər lenti
"Megastore"a basqın: mühafizəçinin əl-ayağını bağlayıb 181 minlik seyfi apardı

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar