Sizin Reklam Burada
Xəbər lenti
30-05-2026
29-05-2026
BÜTÜN XƏBƏRLƏR

Məşhur polkovnik vəfat etdi - Şəkil

Tarix: 03-03-2023 11:12     Baxış: 3225 A- / A+


Məşhur polkovnik VƏFAT ETDİ - FOTO

Birinci Qarabağ müharibəsindəki hərbi əməliyyatlarda iştirak edən Azərbaycan xalqının igid oğlu, hərbçilər sülaləsinin layiqli davamçısı, peşəkar hərbçi Hamlet Hüseynov vəfat edib.
 
Manevr.az baku.ws-ə istinadən bildirir ki, o, 1932-ci il mayın 9-da Salyan rayonunda anadan olmuşdur. Azərbaycanın bir sıra bölgələrində - Gədəbəydə, Tovuzda, Sumqayıtda, Bakının Nəsimi rayonunda hərbi komissarlıqlara rəhbərlik etmiş, Azərbaycan Respublikasının hərbi komissarının 1-ci müavini, Ordu korpusunun komandiri vəzifələrində çalışmışdır.
 
Torpaqlarımızın azad olunması uğrunda mübarizədə qəhrəmanlıqlar göstərmiş Hamlet Hüseynovun xatirələrindən:
 
"Ehtiyatda olmağıma, yaşımın 60-ı haqlamasına baxmayaraq, yenidən hərbi paltarımı geyinərək, düşmənlə son nəfəsədək döyüşməyi qərara almışam. 1992-ci il avqustun 8-də əməliyyat keçirildi. Əvvəl Gədəbəy rayonunun Başkənd aşırımını aldıq, hərbi qüvvəni yüksəkliklərdə möhkəmləndirdik. Daha sonra Krasnoselsk istiqamətində düşmənə ağır zərbələr endirdik. Erməni separatçıları və muzdluları xeyli sayda canlı qüvvə və hərbi sursat itirdilər. Başkəndi ələ keçirməklə tarixi torpağımızı əsirlikdən birdəfəlik qurtardıq"
Hamlet Hüseynov dövlətimiz tərəfindən bir çox orden və medallarla təltif olunmuşdur. Müstəqil Azərbaycanımızın hərbi tarixinə, həm də nəslin şərəf kitabına adını qızıl hərflərlə yazmaqla töhfəsini vermişdir.
 
Allah Rəhmət Eləsin!

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar