Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Səbuhi Səlimov məhkəmə zalında ürək tutmasından vəfat edib

Tarix: 03-03-2023 08:25     Baxış: 4413 A- / A+

Martın 2-də Bakı Apelyasiya Məhkəməsində 53 gün aclıq keçirdikdən sonra dövlətə xəyanətdə ittiham edilən İslam Partiyasının üzvü olmuş Səbuhi Səlimov ürək tutmasından vəfat edib.


Səbuhi Səlimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, martın 2-də Bakı Apelyasiya Məhkəməsi hakim Həsən Məmmədovun sədrliyi ilə Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

“O məhkəmənin qərarına kəskin etirazını bildirdi və bu qərar həm də onun ölümünə səbəb oldu. Səbuhi özünü günahkar saymırdı. O birinci instansiya məhkəməsinin hökmünə etiraz olaraq 53 gün aclıq etmişdi. Həmçinin son 7 gündə quru aclıq edib. 

Onu Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirmişdilər. Martın 1-də aclığı dayandırıb, su və qida qəbuluna başladı. Səbuhi bir neçə il əvvəl ürək əməliyyatı keçirmişdi”.

Səbuhi Səlimovun ölümü ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb. 

Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar