Sizin Reklam Burada
Xəbər lenti
21-12-2024
20-12-2024
BÜTÜN XƏBƏRLƏR

Həkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - Şəkillər

Tarix: 02-03-2023 21:18     Baxış: 4241 A- / A+
Həkim səhlənkarlığının qurbanı olan tanınmış şəxs son mənzilə yola salındı.. - FOTO/VİDEOHəkim nefroloq Barat Yusubovun səhlənkarlığı ucbatından canından olan sevilən aparıcı, pedaqoq Rəna Bayramqızı dəfn olunub.

O, Günəşli ərazisində yerləşən qəbristanlıqda torpağa tapşırılıb.

Mərhumla vida mərasiminə, onu sevən yaxınları, uzun illər birgə çalışdığı məktəb və televiziya kollektivi qatılıb.

Yaxınları bildirir ki, Rəna xanım heç bir əməliyyat keçirməyib, o tanınmış klinikalardan biri olan "Ege hospital"a fevral ayının 20-si ayağındakı şişmə ilə əlaqədar, öz ayağı ilə yeriyərək daxil olub. Nefroloq Barat Yusubovun qəbulunda olan zaman həkim ona deyib ki, "Dializə heç bir ehtiyyac yoxdur, ayağa yığılan suyun çəkilməsi üçün sidikqovucu məhlul vursaq, yetər." Eyni zamanda o, xəstənin kliniki şəraitdə 2-3 gün yatmalı olduğunu qeyd edib. Xəstə və xəstə yaxınları da həkimin sözünə etibar edərək, onunla razılaşıb.

Məlumata görə xəstə 2 gün sonra, yəni ikinci sidikqovucu iynədən sonra, ayın 22-si komaya düşüb. Xəstə yaxınları qeyd edir ki, xəstəxanaya yatış olduqdan sonrakı 2 gündə yaxınları Rəna xanımla daim əlaqədə olub və ilk sidikqovucu iynədən sonra xəstə, öz yaxınlarına bildirib ki, o özünü heç də yaxşı hiss etmir, buna rəğmən növbəti sidikqovucu məhlulun dozasını 2 qat artıraraq ona yeridiblər. Məhz bundan sonra xəstə yaxınları, öz xəstələri ilə kontakta girə bilməyərək narahat olublar və birbaşa xəstəxanaya yollanıblar. Xəstənin kritik vəziyyəti ayın 25-nə qədər davam edib və o, həmin gün süni nəfəs aparatından ayrılıb. Ailə üzvləri ehtimal edir ki, xəstə elə ikinci gündən həyatını itirib, sadəcə onu süni nəfəs aparatına qoşaraq vaxt qazanıblar.

Tanınmış həkim Barat Yusubov isə bu müddət ərzində tədbir, seminarlarda iştirak edib, xəstəsi ilə maraqlanmağa gərək belə duymayıb. Xəstə yaxınları dəfələrlə onunla əlaqə yaratmağa çalışsa da, bu cəhdləri uğursuz alınıb. Pasientə gündəlik baş çəkməli olan Barat həkim, xəstənin halı pisləşəndən etibarən onu müayinə etməyib, xəstə yaxınlarını məlumatsız, xəstəni isə loru dildə desək, sözün əsl mənasında "Allah ümidi"nə buraxıb. Xəstə həyatını itirdikdən sonra belə Barat həkim əlçatmaz olub, nə ailəyə bununla bağlı açıqlama verib, nə də ki, başsağlığı..

Maraqlıdır.. Bir insanın həyatı bu qədərmi ucuz və dəyərsizdir? Öz ayağı ilə gəlib, canını sənə etibar edən şəxsi canından etmək bu qədərmi asandır? Heçmi insanın vicdanı sızlamaz, quru dillə belə olsa başsağlığı vermək, yalandan da olsa dəstək olub, ailənin ürəyindəki yanğıya su sərpmək olmazdımı? Daha neçə insan bu "savadlı" həkimlərin qurbanı olacaq?

Məlumata görə, mərhumun yaxınları tezliklə günahkarların cəzasını almasını istəyir və onlar lazımi sənədləri toplayaraq, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcək.

Qeyd edək ki, Rəna Bayramqızı Bakının Nərimanov rayon, 200 nömrəli Məktəb, Lisey Kompleksində Təsviri incəsənət elmini tədris edirdi. O eyni zamanda, uzun illər Lider Tv-də yayımlanan "Sağlam Nəsil" verilişinin aparıcısı olub.

O, tanınmış prodüser və telejurnalist Zaur Əliyevin anasıdır. hökm.az 

Manevr.az 









Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar