Xəbər lenti
Bakıda ABŞ və Nigeriya vətəndaşları arasında kütləvi dava

Manevr.az xəbər verir ki, hadisə gecə saatlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən “Boom pub ws grill” kafesində baş verib.
Dava-dalaşda ABŞ vətəndaşı olan 1997-ci il təvəllüdlü K.Almarin, 1988-ci il təvəllüdlü B.Şarrod, Nigeriya vətəndaşları: Bakı Biznes Universitetinin tələbəsi F.Olvvseum, Avrasiya Universitetinin tələbələri A.Arakuekvas, C.Mokvvenei, “Raymont Dirçəliş” futbol klubunun oyunçusu A.Gofsfime, Naxçıvan Dövlət Universitetinin tələbəsi B.Onyekuchaku iştirak ediblər.
Davada xəsarət alan ABŞ vətəndaşı K.Almarin və Nigeriya vətəndaşı, 1984-cü il təvəllüdlü C.Mokvvnei xəstəxanaya aparılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
O da məlum olub ki, davada iştirak edən ABŞ vətəndaşları basketbolçudurlar. Onlar 2022-ci ildə basketbol klubunda oynamaq üçün Azərbaycana gəliblər.
Hadisənin iki qrup arasında baş vermiş mübahisəyə görə baş verdiyi bildirilir.
Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsində araşdırma aparılır.(qafqazinfo)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar