Gəncədə müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Manevr.az xəbər verir ki, ilkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.
O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo)