Xəbər lenti
Zəlzələdə küçəyə düşən telefon bir ailəni xilas etdi - Şəkil
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində yaranmış dağıntılar altından sağ çıxarılanların möcüzə həyat hekayələri davam edir. Belə hekayələrdən biri də Malatyada olub. Burada güclü zəlzələ zamanı evdən küçəyə düşən mobil telefon sayəsində bir ailənin dörd üzvü dağıntılar altından xilas edilib.
Manevr.az xezerxeber.az saytına istinadən xəbər verir ki, bu barədə informasiya “haber7” nəşrində yer alıb.
Bu zaman zəng gəlib və əcnəbi vətəndaş telefonu yerdən götürərək cavab verib. Bir ailənin beş üzvü dağıntılar altında qalıbmış.
Dağıntılar altından çıxarılan İlhami Ekin deyib ki, zəlzələ zamanı həyat yoldaşı Songül, qızları Tuba, Suna və oğlu Məhəmməd dağıntılar altında qalıb.
Zəlzələ zamanı onun küçəyə düşən telefonuna zəng gəlib. Zəng vuran isə onun qardaşı Süleyman Ekin olub. Telefona əcnəbi vətəndaş cavab verib və evin uçduğunu deyib. Bundan sonra qardaşı ailə üzvləri ilə birgə əraziyə gəlib. Həm xilasedicilər, həm də onların köməyi sayəsində qardaşının ailəsi dağıntılar altından çıxarılıb…
“Allah heç kəsə belə dərd yaşatmasın”
Dağıntılar altında özlərini çarəsiz hiss etdiklərini dilə gətirən Ekin əcnəbi vətəndaşın onların həyatını xilas etdiyini bildirib.
O, sözlərinə belə davam edib: “Zəlzələ zamanı binanın 3-cü mərtəbəsində dağıntılar altında qaldıq. Həyat yoldaşım, qızlarım və mən çox səs-küy saldıq. Oğlumun səsi çıxmırdı. 18 yaşlı oğlum həyatını itirmişdi. Dağıntılar altında titrəməyə başladım. Uşaqlarımı görəndə isə şükür etdim. Oğlum həmişə deyirdi ki, əsgər olacağam. Mən şəhid olacağam. Allah heç kəsə belə dərd yaşatmasın. Allah hər kəsə rəhmət eləsin, dağıntılar altında qalanlara kömək olsun… Binada dağıntılar altından birinci biz sağ çıxarıldıq. Həyat yoldaşımı, məni və iki qızımı xilas etdilər. Hamımız yaralandıq, bizi xəstəxanaya apardılar. Tibbi yardımdan sonra qızlarım və həyat yoldaşım evə buraxıldılar. Mənim müalicəm isə xəstəxanada davam edir”.
Sol ayağında sınıq olduğunu bildirən İlhami Ekin əməliyyat edildiyini və hazırda səhhətinin yaxşı olduğunu qeyd edib.
“Zəlzələnin şokunu atdıqdan sonra qardaşıma zəng vurdum”
Qardaşını dağıntılar altından xilas edən Süleyman Ekin isə zəlzələ zamanı qaçdıqlarını və təbii fəlakətin şokunu atdıqdan sonra qardaşına zəng vurduğunu bildirib:
“Birinci dəfə zəng edəndə cavab gəlmədiyi üçün ikinci dəfə zəng etdik və telefona xarici ölkə vətəndaşı cavab verdi. “Ev indicə çökdü” dedi. Biz qorxduq, bütün qohumlarımızı axtarmağa başladıq… Əraziyə gəldik və 10-15 nəfər dağıntıları qazmağa başladıq. Əvvəlcə qardaşımın həyat yoldaşını və bir qızını, sonra qardaşımı və digər qızını xilas etdik. Ən son qardaşım oğlu Məhəmmədin nəşini çıxardıq”.
Süleyman Ekin telefona cavab verən əcnəbi vətəndaşın xilasetmə işlərində onlara kömək etdiyini də bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar