Sizin Reklam Burada
Xəbər lenti
08-09-2025
07-09-2025
BÜTÜN XƏBƏRLƏR

Sabunçuda silsilə oğurluqlar edən 5 nəfər saxlanılıb

Tarix: 17-02-2023 21:22     Baxış: 4228 A- / A+
Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bilgəh qəsəbəsində yerləşən bağ evlərindən təmir-tikinti və məişət əşyaları oğurlayan dəstə üzvləri - Qalib Hüseynov, Heybət Həsənov və Habil Dadaşov saxlanılıblar. Həmin şəxslərin qeyd edilən qəsəbə və ətraf ərazilərdə yerləşən 10-a yaxın evdən oğurluqlar etdikləri müəyyən edilib. Oğurlanan əşyaların bir qismi dəstə üzvlərindən aşkar olunaraq götürülüb.

DİN-dən verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Maştağa qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsindən 50 kiloqram mis, latun oğurlayan, eləcə də evlərdən oğurluqlar edən Murad Rəhimov və Elman Dünyamalıyev saxlanılıblar.

Faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar