Xəbər lenti
Azərbaycanda taksi sürücüsü soydular, özü də qadın müştəri - ŞƏKİL
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon ərazisində bir nəfərin üzərində olan 945 manat pulun naməlum şəxs tərəfindən oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin pulu oğurlamaqda şübhəli bilinən Arifə Zülfüqarova saxlanılıb. Araşdırma zamanı məlum olub ki, əvvəllər də cibgirliklə məşğul olduğu üçün məhkum olunmuş qadın, sərnişin qismində taksiyə əyləşərək sürücüdən onu Bərdə rayonuna aparmasını istəyib. Onlar birlikdə hərəkətdə olarkən A.Zülfüqarova sürücünün cibində olan pulu gizlincə götürüb. Saxlanılan şəxsin digər vətəndaşlara qarşı da analoji cinayətlər törətdiyi istisna edilmədiyindən ətrafında zəuri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə rayon ərazisində yerləşən mənzildən müxtəlif məişət əşyaları gizli olaraq talayan Bəhram Nəsirov və Ərəbşəki kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlədən iri buynuzlu mal-qaranı oğurlayan Yevlax şəhər sakini Bəhruz Mustafayev saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdiklərini ayrı-ayrı şəxslərə satdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar