Xəbər lenti
An-26 hərbi təyyarəsi qəzaya uğradı : hərbçilər öldü
Kubanın Barakoa Hava Limanından qalxan An-26 təyyarəsinin qəzaya uğraması barədə rəsmi məlumat yayılıb.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, Kuba Müdafiə Nazirliyi 29 iyun, saat 6:38-də Playya Barakoa limanından havaya qalxan təyyarənin Loma-de-la-Pimenta rayonunda qəzaya uğradığını açıqlayıb. Qeyd olunub ki, Kuba İnqilabı Silahlı Qüvvələrinə aid olan hərbi təyyarənin göyərtəsindəki 8 hərbçinin hamısı həlak olub.
"Röyter" təyyarənin dağa çırpıldığını bildirib.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, bundan öncə An-26-nın sərnişin təyyarəsi olduğu barədə məlumat yayılmışdı. Bildirilirdi ki, göyərtəsində 39-a qədər sərnişin olan təyyarə “Aerogaviota” şirkətinə məxsus olub. Təyyarənin ölkənin şimalındakı Barakoa aeroportundan qalxıb, cənubda yerləşən Pinar-del-Rio rayonunda radarlardan itdiyi, qalıqlarının Las-Lomas-de-San-Kristobal rayonunda tapıldığı da qeyd edilirdi.
Hərbi-nəqliyyat təyyarəsi olan An-26 Kiyev aviazavodunda 1969-cu ildən istehsal edilib. 1986-cı ilə - son istehsal ilinə qədər 1400 ədəd buraxılıb. Bu təyyarələrdən bəziləri sonradan cəmi 43 sərnişin tutan An-26-100 təyyarəsinə rekonstruksiya edilib.
Tarixi ərzində 130 An-26 qəzası olub və bu qəzalarda 1300-dən çox insan ölüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































