Xəbər lenti
"Möcüzə uşağ"ın olduğu xəstəxanaya hücum: Körpəni oğurlamaq üçün...
Manevr.az xəbər verir ki, "möcüzə uşaq" kimi tanınan körpə zəlzələ səbəbindən valideynlərini və bacılarını itirib.
Suriyanın Afrin rayonunun Cinderes qəsəbəsində dağıntılar altında dünyaya gələn uşaq çətinliklə dağıntılar altından çıxarılıb. Tapıldığı zaman göbək bağı ilə ölən anasına hələ də bağlı olan körpə qızın görüntüləri dünyada böyük səs-küy yaradıb.
Amma məlum olub ki, uşağın qaldığı xəstəxanaya ötən gün silahlı hücum edilib. Xəstəxana rəsmisi bildirib ki, hücum edənlər xəstəxana müdirini döyüblər.
Hücum edənlərin kiçik körpəni qaçırmağa cəhd etməsi ilə bağlı xəbərlər təkzib olunur. Amma uşağın fotolarını çəkən tibb bacısının körpəni qaçıracağından narahat olan müdir tərəfindən işdən qovulduğu, bir neçə saat sonra isə tibb bacısının silahlı şəxslərlə gələrək xəstəxanaya basqın etdiyi qeydə alınıb.
Tutulan silahlılar körpəni qaçırmağa cəhd etmədiklərini və xəstəxana müdirinin arxasınca getdiklərini iddia ediblər.
Həkimlər uşağın qohumu olduğunu iddia edən çox sayda insanın xəstəxanaya müraciət etdiyini və polisin körpəni qorumaq üçün xəstəxanada keşik çəkməyə başladığını bildirib.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar