Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Zəlzələ qurbanlarına baha qiymətə şorba satan müəssisə cərimə olundu

Tarix: 13-02-2023 12:39     Baxış: 3289 A- / A+

Ticarət Nazirliyi Adanada zəlzələ bölgələrinə yardım gətirən və ya zəlzələ bölgəsindən yola çıxan vətəndaşlara baha qiymətə şorba satan yol üzərindəki istirahət obyektinə 1 milyon 860 min lirə inzibati cərimə kəsib.
  
Manevr.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Nazirlikdən verilən açıqlamada xatırladılıb ki, sosial şəbəkələrdə ölkədə baş verən güclü zəlzələdən sonra zəlzələ bölgələrinə yardım aparan və ya zəlzələ bölgəsindən ölkənin digər bölgələrinə getməyə çalışan vətəndaşlara yol kənarında yerləşən istirahət obyektinin baha qiymətə şorba satması ilə bağlı görüntülər yayılıb. 
Obyektlə bağlı Nazirliyə çoxlu şikayətlər edildiyi açıqlanıb.
"Bölgə Ticarət Müdirliyimiz tərəfindən hədsiz qiymət və qiymət etiketi tənzimləməsi çərçivəsində həyata keçirilən yoxlamalarda inzibati cəza tətbiq edilməsinə qərar verildi. Adı çəkilən istirahət mərkəzinə 1 milyon 860 min lirə pul cəzası kəsildi. Yoxlamalar davam edir",- açıqlamada bildirilir.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar