Sizin Reklam Burada
Xəbər lenti
22-12-2024
21-12-2024
BÜTÜN XƏBƏRLƏR

Deniz Baykal vəfat etdi

Tarix: 11-02-2023 09:34     Baxış: 3210 A- / A+

Türkiyə siyasətinə ağır itki üz verib.
Manevr.az xəbər verir ki, siyasətçi və hüquqşünas, Cümhuriyyət Xalq Partiyasının keçmiş rəhbəri, Millət vəkili Deniz Baykal vəfat edib. Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən siyasətçi uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Deniz Baykal 1938-ci il iyun ayının 20-də Türkiyənin Antalya şəhərində anadan olub. Atası əslən Çərkəz , anası Türkiyədəndir.1959-cu ildə Ankara Universitetinin Hüquq fakültəsinindən məzun olan Dəniz Baykal 1960-cı ildə eyni universitetin Siyasi Elmlər fakültəsində assistent kimi fəaliyyətə başlayıb

D. Baykal 1974-cü ildə qurulan Ecevit hökumətində Maliyyə naziri, 1978-ci il Ecevit hökumətində isə Energetika və Təbii Sərvətlər naziri olub. Bu dövrdə Baykal partiya məclisi və mərkəzi idarəetmə heyətinin üzvü, baş katib köməkçisi kimi vəzifələri də icra edib.

1987-ci ilin sentyabr ayında Türkiyə parlamentinə keçirilən seçkilərdə yenə doğma şəhəri Antalyadan millət vəkili seçilir. SHP-də baş katib vəzifəsini icra edən Baykal 1990-cı ildə vəzifəsindən istefa edir. Bununla yanaşı, Dəniz Baykal millət vəkili kimi Türkiyə-Avropa Birliyi birgə Parlamentlərarası Komitəsinin həmsədri vəzifəsini icra edib. Avropa Şurasının Parlamentarilər Məclisinə daxil olan Dəniz Baykal eyni zamanda TBMM-in Xarici İşlər Komissiyasının da üzvü olub.

1992-ci il sentyabr ayının 9-da CXP-nin sədri seçilib. 1995-ci ildə formalaşan DYP-CXP koalisiya hökumətində Xarici İşlər naziri vəzifəsini icra edib.

1995-ci ilin 24 dekabrında növbəti parlament seçkilərində yenə Antalyadan millət vəkili seçilir. Seçkilərdən sonra 53-cü hökumətin qurulması ilə Xarici İşlər naziri və baş nazirin köməkçisi vəzifəsindən istefa edən Baykal yenidən CXP-nin sədri seçilir.

1992-ci il sentyabr ayının 9-da CXP-nin sədri seçilib. 1995-ci ildə formalaşan DYP-CXP koalisiya hökumətində Xarici İşlər naziri vəzifəsini icra edib.
2007-ci ildə yenə Baykalın liderliyindəki CXP Türkiyə parlamentinə keçirilən seçkilərdə səslərin 20,8 %-ini əldə edərək məclisdə ana müxalifət partiyasına çevrilir.
Deniz Baykal siyasətçi olmaqla yanaşı, dosent və çox yaxşı üzgüçü olub.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar